lotu (quldur, soyğunçu, yolkəsən)

a highwayman / a highwayrobber / footpad (bandit) разбойник с большой дороги (грабитель, бандит)
lotu-bambılı
lotuluq eləmək
OBASTAN VİKİ
Lotu
Qanuni oğru və ya danışıq dilində vorzakon (rus. вор в законе) dövlət qanunlarına paralel, fərqli prinsiplərlə yaşayan, fərqli prinsiplər uğrunda mübarizə aparan mafiya titulu. Qanuni oğruların bütün nümayəndələri cinayət törətmiş şəxslərdir. Qanuni oğru - lotu anlayışı müxtəlif ölkələrdə və zamanlarda mövcud olub. Lotular əsasən Orta Şərqdə mövcud olub. Məsələn, İsfahan lotuları müəyyən funksiya daşıyırdılar və ümumi təsəvvürdən fərqli olaraq, hakimiyətlə əməkdaşlıq edirdilər ki, bu indiki oğruların bir çoxuna da aiddir. Sovet siyasi sistemində hakimiyətin xəbəri olmadan cinayət və qeyri-cinayət və ümumiyətlə hər-hansı strukturun yaranması ehtimalı çox aşağı idi. Odur ki, düşünmək olar ki, oğru aləmini sovet siyasi sistemi, əvvəllər də tarixdə olduğu kimi, cinayət aləmini nəzarətdə saxlamaq məqsədi ilə yaratmışdı. Bu qanunlara tabe olanların siyasətdən uzaq olması məsələsi də heç də təsadüfi deyil. Formalaşmış kriminal aləm daha çox Rusiya mühitindən bəhrələnib.
Lotu Bəxtiyar
Lotu Bəxtiyar (21 mart 1959, Novxanı – 6 aprel 1998, Bakı) — qanuni oğru, kriminal aləmdə Lotu Bəxtiyar, Batya, Bako, Basilava ləqəbləriylə tanınır. Kərimov Bəxtiyar Ağababa oğlu 1959-cu il martın 21-də Bakı şəhəri Novxanıda anadan olub. 1976-cı il iyul ayının 22-də Xalq məhkəməsinin qərarı ilə 5 il həbs cəzası alıb. Maykopdakı uşaq koloniyasına etap edilib (köçürülüb). Cəzasını tam çəkib qurtarmamış 1977-ci ildə oradakı haqsızlıqlara qarşı mübarizə apardığna görə onun cəza müddətinə 3 il də əlavə olunaraq Rusiyanın Vladimir şəhərindəki "Vladimirski Tsentral" türməsinə (qapalı rejim) etap olunub. 1982-ci ildə "Vladimirski Tsentral" türməsinin lazaretində bütün ittifaq üzrə qanuni oğruların patriarxı sayılan Vasya Brilyant ləqəbli Vasili Babuşkin və digər qanuni oğru Nikolay Yakutenko tərəfindən qanuni oğru adını alıb. 1983-cü ildə azadlığa buraxılıb. İkinci dəfə 1985-ci il iyun ayının 28-də (226.38 maddəsi ilə) 2 il müddətinə həbs olunub.. 1987-ci ildə azadlığa buraxılıb. Üçüncü dəfə 1989-cu ildə (189, 220.38-ci maddələrlə) 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Lotu Hikmət
Hikmət Məmmədqulu oğlu Muxtarov (rus. Хикмет Мамедгули оглы Мухтаров; 3 noyabr 1956, Sabirabad rayonu – 7 aprel 2006, Moskva) — Sabirabadlı Hikmət və ya Lotu Hikmət ləqəbli azərbaycanlı kriminal avtoritet, qanuni oğru. Hikmət Muxtarov 1956-cı il noyabrın 3-də Sabirabad rayonunun Kürkəndi kəndində anadan olub. 1974-cü ildə Xalq Təsərrüfatı İnstitutunda təhsil alarkən Bakı şəhər Prokurorluğunun müstəntiqinin oğlu ilə dalaşıb və üç il azadlıqdan məhrum edilib. Cəzasını Bakıda 5 saylı İslah Əmək Koloniyasında və Xələc düşərgəsində çəkib. 1981-ci ildə 7 il azadlıqdan məhrum edilib. Dördüncü cəzalanma müddətində aclıq aksiyasına başlayıb və düşərgədəki bütün dustaqların ona qoşulması işinin üstünə 3 il əlavə olunması ilə nəticələnib. "Böyük qardaş" ləqəbi ilə Novoçerkassk qapalı həbsxanasına göndərilib. Sankt-Peterburq "Kresti" kiçmanında və Vorkuta həbsxanalarında cəza çəkib. 1997-ci ildə Bakıda həbs olunub və iki gün sonra azadlığa buraxılıb.
Lotu Quli
Lotu Quli (Nadir Nəriman oğlu Səlifov; 28 avqust 1972, Məmişli, Dmanisi rayonu – 20 avqust 2020, Antalya) — qanuni oğru. Nadir Səlifov 1972-ci il avqust ayının 28-də Gürcüstanın Dmanisi rayonunda doğulub. "Quli" gürcü dilində "ürək" deməkdi. Kriminal aləm ona bu ləqəbi ürəkli olduğuna görə verib. "Quli" Marneulidə doğulan azərbaycanlı Otari Bədəlovla ("Otar") yaxın dost olub. "Otar"ın 2003-cü il martın 21-də Moskvadakı "Suşi" barda naməlum şəxslər tərəfindən güllələnməsindən sonra "Lənkəranski"yə "oğru" adı verən "Nardaranlı Mirseymur" da qətlə yetirilir ki, bunu da indiyədək "Quli"nin qisas cavabı hesab edənlər var. İllərdir bu qarşılıqlı qətllər davam edir və son olaraq bu ilin fevralında Moskvada kı "Abşeron" restoranında baş vermiş atışmada da "Quli" və "Lənkəranski" tərəfdarları arasında itkilər olub. Gürcüstan doğumlu azərbaycanlı "qanuni oğru"lar və kriminallar bu davada əsasən "Quli"ni dəstəkləyir. Vaxtilə onlar bu dəstəyi Rusiya kriminalının "xaç atası" sayılan, Gürcüstan doğumlu Aslan Usoyandan da ("Ded Xasan") alıblar. "Quli"nin Gürcüstana ekstradisiyası məsələsi bir neçə dəfə gündəmə gəlsə də, bu da hansısa səbəbdən mümkün olmayıb.
Lotu Bəxtiyar Kərimov
Lotu Bəxtiyar (21 mart 1959, Novxanı – 6 aprel 1998, Bakı) — qanuni oğru, kriminal aləmdə Lotu Bəxtiyar, Batya, Bako, Basilava ləqəbləriylə tanınır. Kərimov Bəxtiyar Ağababa oğlu 1959-cu il martın 21-də Bakı şəhəri Novxanıda anadan olub. 1976-cı il iyul ayının 22-də Xalq məhkəməsinin qərarı ilə 5 il həbs cəzası alıb. Maykopdakı uşaq koloniyasına etap edilib (köçürülüb). Cəzasını tam çəkib qurtarmamış 1977-ci ildə oradakı haqsızlıqlara qarşı mübarizə apardığna görə onun cəza müddətinə 3 il də əlavə olunaraq Rusiyanın Vladimir şəhərindəki "Vladimirski Tsentral" türməsinə (qapalı rejim) etap olunub. 1982-ci ildə "Vladimirski Tsentral" türməsinin lazaretində bütün ittifaq üzrə qanuni oğruların patriarxı sayılan Vasya Brilyant ləqəbli Vasili Babuşkin və digər qanuni oğru Nikolay Yakutenko tərəfindən qanuni oğru adını alıb. 1983-cü ildə azadlığa buraxılıb. İkinci dəfə 1985-ci il iyun ayının 28-də (226.38 maddəsi ilə) 2 il müddətinə həbs olunub.. 1987-ci ildə azadlığa buraxılıb. Üçüncü dəfə 1989-cu ildə (189, 220.38-ci maddələrlə) 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Erməni quldur dəstələri
Erməni quldur dəstələri (qərbierm. Ֆէտայի («fedayi»), şərqierm. Ֆիդայի («fidayi»)) həmçinin erməni nizamsız birləşmələri, erməni milisləri — cinayətkarlar, kürd tayfaları və həmidi süvariləri tərəfindən ermənilərin kütləvi qırğınlarına və erməni kəndlərinin talanına cavab olaraq özünümüdafiə qüvvələrinə qoşulmaq üçün könüllü olaraq ailələrini tərk etmiş erməni mülki əhalisinin təşkil etdiyi silahlı birliklər. Osmanlı imperiyasında partizan təşkilatları yaratsalar da, bu qüvvələrin əksəriyyəti erməni milli hərəkatının üzvləri kimi xidmət edirdi. Onlar II Əbdülhəmid dövründə kürd tayfa qüvvələrinə və Həmidiyyə əsgərlərinə qarşı vuruşmuşlar. Erməni quldur dəstələri erməni əhalisinin sıx yaşadığı ərazilərdə Osmanlı imperiyasının fəaliyyətinə qarşı mübarizə aparırdılar. 1 1876-1909-cu illərdə sultan II Əbdülhəmidin hakimiyyəti dövründə mübarizənin məqsədi öz ölkələrinə Armenakan partiyasının üzvlərinin müdafiə etdiyi muxtariyyət və ya ideologiya səviyyədən asılı olaraq Ermənistan İnqilabi Federasiyası və Sosial Demokrat Hunçak Partiyasının nümayəndələri tərəfindən dəstəklənən ermənilərə xaricdən edilən təzyiqlər fonunda müstəqillik əldə etmək idi. Öz aralarında razılığa gələn Erməni İnqilabi Federasiyasının rəhbərləri 1905-1911-ci illərdə Məşrutə inqilabı baş verərkən orada iştirak etmişlər. “Fədai” sözü ərəbcə "fidai" (ərəb. فدائيون, fidā'īyīn‎, ərəbcədən din naminə, ideya naminə özünü qurban verən deməkdir) sözündəndir.
Stasionar quldur nəzəriyyəsi
Stasionar quldur nəzəriyyəsi — Amerika alimləri Martin Makquayr (ing. Martin C. McGuire) və Mansur Olson tərəfindən hazırlanmış dövlətin mənşəyi nəzəriyyəsi. Bu nəzəriyyədə dövlət müəyyən bir ərazidə möhkəmlənmək, onu fərdi şəkildə idarə etmək və uzunmüddətli perspektivdə əhalidən gəlir əldə etmək (quldurluq etmək) qərarına gələn "oturaq (stasionar) quldur" ilə eyniləşdirilir. Məqsədi qısa müddətdə maksimum fayda əldə etmək olan "gəzən quldurlar" və ya "qastrol quldurlarından" fərqləndirən budur. "Oturaq quldur" tərəfindən həyata keçirilən soyğunçuluqlar adi vergitutma formasını alır, ağlabatan "oturan quldur" isə elə vergitutma qurur ki, bu zaman əhali investisiyaların toplanması və sonradan istehsal həcminin artırılması üçün istifadə oluna bilən resursların bir hissəsini özündə saxlayır və müvafiq olaraq , kənardan vergiyə cəlb olunan mənfəət "oturan quldur". Bundan əlavə, "oturan quldur" iqtisadi fəaliyyəti stimullaşdırır və ərazinin iqtisadi inkişafında maraqlıdır Avtokrat üçün əsas problem, ya inqilab nəticəsində, ya da "köçəri quldur"un işğalı nəticəsində baş verə biləcək hakimiyyətin itirilməsi təhlükəsidir. Tarixdə bu problemin həlli sülalə idarəçiliyi formasının qurulması ilə bağlıdır; belə bir həllin mümkün olmadığı hallarda böyük ehtimalla "oturan quldur" öz gücünün davamlılığına inamsız olaraq "köçəri quldur"a çevrilir, öz rifahını yüksəltməyə can atır, heç bir qayğıya qalmır. əhalinin tələbatının ödənilməsi və davamlı iqtisadi artımın təmin edilməsi. Demokratiya, bəzi müəlliflərə görə, iqtisadi baxımdan ən əlverişli rejimdir. Lakin M. Olson öz nəzəriyyəsində o qədər də aydın deyil və həm müsbət, həm də mənfi cəhətləri qeyd edir.
Əlibaba və 40 quldur (balet)
"Əlibaba və 40 quldur" — Oqtay Zülfüqarovun 1990-cı ildə yazdığı balet. Libretto müəllifindir.
Əlibaba və qırx quldur (balet)
"Əlibaba və 40 quldur" — Oqtay Zülfüqarovun 1990-cı ildə yazdığı balet. Libretto müəllifindir.
Əlibaba və qırx quldur (dəqiqləşdirmə)
Əlibaba və qırx quldur - "Min bir gecə" nağıl toplusu içində ən tanınmış nağıllardan biri. Əlibaba və qırx quldur - 1905-ci ildə çəkilmiş səssiz Fransa filmi. Əlibaba və qırx quldur - 1944-cü ildə çəkilmiş ABŞ filmi. Əlibaba və qırx quldur - 1944-cü ildə çəkilmiş Türkiyə filmi. Əlibaba və qırx quldurun sərgüzəştləri - 1979-cu ildə çəkilmiş sovet-hind filmi. Əlibaba və qırx quldur - 1990-cı ildə sovet, çexoslovak və qərbi-alman kinematoqrafçılarının birgə çəkdiyi film-balet. Bəstəkarı Roland Baumqartnerdir. Əlibaba və qırx quldur - Arif Məlikovun 1973-cü ildə yazdığı eyniadlı baleti. Əlibaba və qırx quldur - Oqtay Zülfüqarovun 1990-cı ildə yazdığı eyniadlı baleti.
Əlibaba və qırx quldur (balet, O. Zülfüqarov)
"Əlibaba və 40 quldur" — Oqtay Zülfüqarovun 1990-cı ildə yazdığı balet. Libretto müəllifindir.